İranın qeyri-neft ixracatı neft ixracatını qabaqlayıb
https://azeri.sahartv.ir/news/İran-i363933-İranın_qeyri_neft_ixracatı_neft_ixracatını_qabaqlayıb
Hindistanın «Ekonomik Tayms» saytı İranın qeyri-neft ixracatının neft ixracatını qabaqlamasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2020 08:52 Asia/Baku
  • İranın qeyri-neft ixracatı neft ixracatını qabaqlayıb

Hindistanın «Ekonomik Tayms» saytı İranın qeyri-neft ixracatının neft ixracatını qabaqlamasından xəbər verib.

SəhərAzəri xəbər verir, «Ekonomik Tayms» saytı bir reportajda ABŞ tərəfindən İrana neft sanksiyalarının tətbiq olunduğu zamandan bəri İranın ixracat və idxalat vəziyyətini araşdıraraq bildiribdir ki, İranın müasir tarixində ilk dəfə olaraq, bu ölkənin qeyri-neft ixracatı neft ixracatını qabaqlayıb və Hindistanla ticarəti davam etdirmək üçün iranlı ixracatçılar İran zəfəranı və meyvəsini Hindistana ixrac etmək istəyirlər ki, onun qarşılığında həmin ölkədən dərman maddələri, çay və düyü idxal etmiş olsunlar.

Bu saytın məlumatına görə, İran 2019-2020-ci illər arasında öz qeyri-neft ixracatının 41,3 miyard dollar artmasının şahidi olubdur. Bu da bu ölkənin tarixində ilk dəfədir ki, onun dəyəri neft ixracatının dəyərini ötüb keçibdir.