İyul 01, 2020 09:03 Asia/Baku
  • BMT TŞ ABŞ-ın anti-İran addımına dəstək vermədi

İranın BMT-dəki daimi nümayəndəsi təhlükəsizlik şurasının 2231 saylı qətnaməyə həsr olunmuş iclasından sonra deyib: Təhlükəsizlik Şurasının üzvləri göstərdilər ki, Amerikanın silah qadağasının uzadılması üzrə hərəkətini dəstəkləmirlər.

SaharAzeri xəbər verir, Məcid Təxte Rəvançi öz tvitter qeydində yazıb: Bu gün bir daha Təhlükəsizlik Şurasının üzvləri nüvə anlaşmasına və 2231 saylı qətnaməyə öz dəstəklərini elan etdilər. Onların çıxışları sübut etdi ki, Amerikanın 2231 saylı qətnaməni pozan İrana qarşı silah qadağasının uzadılması üzrə hərəkətini himayə etmirlər.

O, söyləyib: Amerika özünün uğursuz qətnamə layihəsini bir daha rədd olunmazdan öncə sürətlə kənara qoymalıdır.