İyul 01, 2020 09:06 Asia/Baku
  • Silah sanksiyalarının uzadılması qarşısında İranın seçimləri qətiyyətli olacaq

Təhlükəsizlik Şurası tərəfindən 2231 saylı qətnamə barədə hər hansı yeni məhdudlaşmanın İran xalqına verilmiş əsas öhdəliklərə zidd olduğunu vurğulayan İran xarici işlər naziri deyib ki, silah sanksiyalarının uzadılması qarşısında İranın seçimləri qətiyyətli olacaqdır.

SaharAzeri xəbər verir, Məhəmməd Cavad Zərif BMT baş katibinin, bu təşkilatın təhlükəsizlik şurasının İranla nüvə anlaşması ilə bağlı 2231 saylı qətnaməsinin icrası barədə olan dövri hesabatının araşdırılması istiqamətində keçirilən online iclasında deyib: 2231 saylı qətnamədə nəzərdə tutulan silah məhdudiyyətlərinin aradan götürülməsi üzrə zaman çərçivəsi çətin anlaşmanın ayrılmaz bir hissəsi kimi əldə olunub və bu, nüvə anlaşması tərəflərini sonda həmin anlaşma və 2231 saylı qətnamə üzrə külli paket barədə razılığa gəlməyə qadir edibdir.

Məhəmməd Cavad Zərif bildirib ki, əgər bir daha təhlükəsizlik şurası süründürməçilik edərsə, bu, qanun hakimiyyətində və multilateralizmdə bir nəsil geriyə qayıdış demək olacaqdır. O, deyib: Amerika hökumətini məzəmmət etmək və ya heç olmasa, onun ardıcıl pozuntularını araşdırmaq üçün hətta bir dəfə də olmuş olsa belə, təhlükəsizlik şurasının iclası keçirilməyibdir. Lakin əvəzində, şuranın bəzi avropalı üzvləri qətnaməni və şuranı daha çox pozmaq fikrindədirlər. Onlar nüvə anlaşması barədəki öhdəliklərinə sadiq deyildirlər.

Zərif vurğulayıb: Birləşmiş Ştatlar özünün bəzi əməlləri ilə katibliyə təzyiq göstəribdir ki, 2231 saylı qətnamədən yayındırıcı bir oxunuş qərarına gəlmiş olsun. Katibliyi onun iddiasını törətməyə və tamamilə qeyri-peşəkar hesabat hazırlamaq üçün saxta sənədlər düzəltməyə məcbur edibdir.

İranın xarici işlər naziri BMT katibliyinin 2231 saylı qətnamə barədəki hesabatı haqda belə söyləyib: İran nüvə anlaşmasındakı yerdə qalan tərəflərin öz vədlərini yerinə yetirməyə qadir olmaları üçün xoşməramlılığa söykənən fəaliyyətilə bu əvəzçıxma addımından çəkinibdir.

Məhəmməd Cavad Zərif vurğulayıb: Tam bir il müddətinə nüvə anlaşmasının tam şəkildə icrasını davam etdirdik. O, sonra deyib: Tehranın əvəzçıxma addımları bu günədək MAQATE-nin İranın dinc məqsədli nüvə proqramı barədəki nəzarəti və həqiqətin yoxlanılmasında heç bir təsirə malik olmayıbdır. Halbuki İranın dinc məqsədli nüvə proqramı tarixdə ən sərt təftiş sistemi altındadır.

İranın xarici işlər naziri vurğulayıb ki, İran İslam Respublikası öz təhlükəsizliyi və səadətinin təmini üçün başqasından asılı deyildir. O, sonra deyib: Amerikanın İran xalqını təslim etmək üzrə 40 illik səyi uğursuz qalıbdır.

 

Teqlər