Tehranın şimalındakı partlayış barədə son məlumat
Tehran meriyasının yanğınsöndürmə təşkilatının sözçüsü şəhərin şimal hissəsində yerləşən bir klinikada oksigen balonunun partlaması nəticəsində yanğının baş verməsinə toxunub. Deyib ki, bu hadisə qurbanlarının sayı 19 nəfərə, bədən xəsarəti alanların sayı isə 14 nəfərə çatıbdır.
SaharAzeri xəbər verir, Tehran meriyasının yanğınsöndürmə təşkilatının sözçüsü Cəlal Məleki bu gün səhər tezdən axtarış əməliyyatının davam etdiyini bildirib. Qeyd edib ki, yanğınsöndürənlərin səyləri ilə hadisə zamanı binanın içərisində olan şəxslərdən 20 nəfər xilas edilibdir.
Məleki yanğının söndürüldüyünü də qeyd edib.
Hadisə zamanı bədən xəsarəti alanlardan yeddisi ambulator şəkildə müalicə olunub. Daha yeddi nəfər isə xəstəxanya köçürülübdür.
Dünən axşamçağı beş mərtəbəli bir klinikanın mənfi bir mərtəbəsində oksigen balonunun partlaması və yanğın nəticəsində bu binanın bir hissəsi dağılıbdır.