İyul 02, 2020 14:56 Asia/Baku
  • İranda 194 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 194 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.

SaharAzeri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 652 yeni koronavirus xəstəsi aşkar edilib . 1595 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 232 min 863 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 148 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on bir min 106 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin sözçüsü qeyd edib ki, indiyədək 194 min 98 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da on milyon 826 min nəfəri ötüb keçibdir. Onlardan təqribən 519 min nəfər həyatını itirib, azı 6 milyon 48 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər