İranda 196 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/İran-i364080-İranda_196_min_nəfərdən_çox_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2566 nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 196 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2020 13:46 Asia/Baku
  • İranda 196 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2566 nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 196 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.

SaharAzeri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 566 yeni koronavirus xəstəsi aşkar edilib . 1483 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 235 min 429 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 154 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on bir min 260 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin sözçüsü qeyd edib ki, indiyədək 196 min 446 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.