İyul 04, 2020 07:21 Asia/Baku
  • Zərif Avropa İttifaqının Ali nümayəndəsi Cozep Borrelə məktub ünvanlayıb

Zərif Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrelə məktub ünvanlayıb

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi və koordinatoru Cozep Borrelə ünvanladığı məktubda bir daha Avropa ölkələrinin Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə əlaqədar ilqarsızlıqları ilə bağlı bu anlaşmanın 36-ci maddəsinə əsasən, mübahisələrin həlli üzrə birgə komissiyaya müraciət edib.

İran XİN mətbuat katibi Seyid Abbas Musəvi cümə günü üç Avropa ölkəsi yəni Almaniya, Britaniya və Fransanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasına qətnamə layihəsini təqdim etməklə məsuliyyətsiz hərəkətlərinə və həmçinin İranla nüvə anlaşması ilə bağlı öhdəliklərinə sədaqətsizlikdə davam etmələrinə toxunaraq vurğulayıb: "İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 2-də Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi və İranla nüvə anlaşmasının koordinatoru Cozep Borrelə bir məktub ünvanlayıb və İranla Agentlik arasındakı əməkdaşlıqlara istənilən müdaxilənin mənfi təsirlərinin olacağını və bu müdaxilələrin sözü gedən anlaşmanın müddəalarına zidd olduğunu bildirib.

Musəvi, həmçinin İranın nüvə anlaşmasında nəzərdə tutulduğu kimi, sanksiyaların aradan qaldırılması fonunda bu anlaşmanın iqtisadi məziyyətlərindən faydalanmağının zəruriliyini xatırladaraq, rəsmi Tehranın hər hansı məsuliyyətsiz davranışlar və artıqtamahlıqlar qarşısında lazımi və mütənasib tədbirlər görəcəyini vurğulayıb.

İranın XİN mətbuat katibi üç Avropa ölkəsini ABŞ-ın maksimum təzyiq siyasətilə ayaqlaşmaq əvəzinə, öhdəliklərinə sadiq qalmaqla, Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunması və icrası üçün münasib zəmin yaratmağa çağırıb.

Bundan əvvəldə, İran İslam Respublikası iki dəfə ABŞ və Avropa ölkələrinin İranla nüvə anlaşmasının müddəalarını pozduqları ilə bağlı mübahisələrin həlli üzrə birgə komissiyaya müraciət edib və mövcud ixtilafların həll edilməməsi fonunda İran öz öhdəliklərini azaltmaq qərarına gəlib.   

Teqlər