İyul 04, 2020 09:34 Asia/Baku
  • Joseph Burrell: Nüvə sazişinə sadiq qalırıq

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi, İran xarici işlər nazirindən məktub aldığını elan edərək, nüvə sazişinin davam etdirilməsini dəstəklədiyini təkrar vurğulayıb.

SəhərAzəri xəbər verir, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi və koordinatoru Cozef Borrel, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin cümə günü ona ünvanladığı məktubuna cavab olaraq, Zərifin Fransa, Almaniya və İngiltərənin nüvə sizişinə sadiq qalmadığı üçün, İranın nüvə sazişindəki mexanizmə əsasən yeni tədbirlər tökəcəyinə təkid etdiyini bildirərək, bir daha nüvə sazişinin davam etdirilməsini dəstəkləndiyini vurğulayıb.
Cozef Borrel, Zərifin məktubda "müqavilənin 36-cı bəndində göstərilən mübahisələrin həlli mexanizmini" əsas gətirərək zərərin ödənilməsini istədiyini bildirib.
Borrel Deyib: “Mübahisənin həlli prosesi ağır zəhməti və xoş niyyətli olmanı tələb edir”.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi və koordinatoru  nüvə sazişini dəstəklədiyini vurğulayaraq, bunun "dünyada nüvə silahlarının yayılmamasına və bölgə və dünyanı təhlükəsizləşdirməyə kömək etməkdə tarixi bir müvəffəqiyyət adlandıraraq, onu qorumağa qərarlı olduğunu bildirdi.
Qeyd edək ki, İran XİN mətbuat katibi Seyid Abbas Musəvi cümə günü üç Avropa ölkəsi yəni Almaniya, Britaniya və Fransanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasına qətnamə layihəsini təqdim etməklə məsuliyyətsiz hərəkətlərinə və həmçinin İranla nüvə anlaşması ilə bağlı öhdəliklərinə sədaqətsizlikdə davam etmələrinə toxunaraq vurğulayıb: "İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 2-də Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi və koordinatoru Cozef Borrelə bir məktub ünvanlayıb və İranla Agentlik arasındakı əməkdaşlıqlara istənilən müdaxilənin mənfi təsirlərinin olacağını və bu müdaxilələrin sözü gedən anlaşmanın müddəalarına zidd olduğunu bildirib.

Teqlər