Avropalılar nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalsınlar
İran İslam Respublikasının ötən 40 ildə ən sərt sanksiyalarla mübarizəsinə toxunan İranın xarici işlər naziri deyib ki, nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalmaq avropalıların xeyrinədir.
SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən axşam virtual formada keçirilən Aralıq dənizi dialoqları iclasında bildirib: Amerikanın gələcək seçkilərində kimin qalib gəlməsi Tehran üçün mühüm deyil. Vaşinqtonun İran qarşısındakı rəftarı islah olunmalıdır və Amerikanın gələcək hökuməti bu ölkə dövləti tərəfindən İran xalqına vurulmuş xəsarətlərə görə cavabdeh olmalıdır.
Diplomatiyanın bütün beynəlxalq məsələlərin həllində ən təsirli vasitə olduğunu vurğulayan Zərif belə qeyd edib: İran nüvə anlaşmasının imzalanmasından beş ilin keçməsinə rəğmən, bəzi qarşı tərəflərin sabotajları və avropalıların öhdəsizlikləri səbəbindən hələ də bu anlaşmanın faydalarından bəhrələnməyibdir.
İranın xarici işlər naziri Amerikanın, İrana qarşı silah embarqosunun ləğvinin qarşısını almaq üçün əl-ayağa düşməsi haqda isə bildirib ki, bu məsələ nüvə anlaşmasnda razılaşdırılıbdır və heç bir kəs onu dəyişdirə bilməz.
Zərif Amerikanın hərbi təchizat və silahlarının iri həcmdə müxtəlif ölkələrə satışını dünyada səbatsızlıq və dincsizliyin kəskinləşməsi amillərindən biri adlandırıb və belə söyləyib: Təkcə Amerikanın hər il Ərəbistana satdığı silahların maliyyə dəyəri İranın ümumi hərbi-müdafiə büdcəsinin üçqatı qədərdir.
İranın xarici işlər naziri bu virtual iclasın davamında vurğulayıb ki, bütün ölkələr Suriyada şəraitin yaxşılaşmasına kömək etməlidirlər. O, deyib: Bütün xarici oyunçular öz istəklərini bu ölkə xalqına qəbul etdirmək deyil, yalnız Suriyada şəraitin yaxşılaşmasını asanlaşdırmaq vəzifəsinə malikdirlər.
Zərif qərb sahilinin işğal olunmuş ərazilərə qatılması planı barədə isə qeyd edib ki, Tehranın Fələstin məsələsi üçün həll yolu, demokratiya və referendumun keçirilməsidr ki, fələstinlilərin özləri öz ölkələri barədə qərar çıxarmış olsunlar.