İyul 08, 2020 11:07 Asia/Baku
  • Musəvi İranla Çin arasında əməkdaşlığa dair sənədə qarşı ajiotajlara menasibət bildirib

İranın Xirici İşlər Nazirliyinin mətbuat katibi dünən gecə İran-Çin Hərtərəfli Tərəfdaşlıq sənədinə qarşı ajiotajları qınayıb.

SaharAzeri xəbər verir, Fars xəbər Agentliyinin məlumatına görə, Seyid Abbas Musəvi İranla Çin arasında aməkdaşlığa dair hərtərəfli sənədə qarşı ajiotajlara reaksiyada özünün şəxsi Tvitter səhifəsində yazıb: "İran-Çin Hərtərəfli Tərəfdaşlıq sənədi bir yol xəritəsidir və gələcək dünyanın iki vacib ölkəsinin prinsipial əlaqələrinin yolunu açır. Hansı ki, Çin yaxın gələcəyin aparıcı iqtisadi gücü və İran Qərbi Asiya regionunda böyük bir güc olaraq, ənənəvi və hegemon ölkələrdən asılı olmayaraq, tamamlayıcı əlaqələr qurmaqla ortaq maraqları təmin etməklə yanaşı onların quldurluqları qarşısında dayana biləcəklər".

İran-Çin Hərtərəfli Əməkdaşlıq sənədində nə İran adalarının Çinə təslim edilməsindən, nə hərbi kontingentin göndərilməsi və nə də ki, başqa illüziyalardan heç bir xəbərin olmadığını diqqətə çatdıran Seyid Abbas Musəvi deyib: " İki ölkə maraqlarının düşmənləri tərəfindən düzgün və detallı məlumatı əldə etmək üçün köhnə hilə olan şayiə və dezinformasiya yaymaq üsulundan istifadə edilməsi ciddi şəkildə izlənilir və heç bir nəticə verməyəcək". 

Teqlər