İyul 08, 2020 15:50 Asia/Baku
  • İran Türkiyəyə yuyucu vasitələrin xammalını ixrac edir

İrandan Türkiyəyə beş yüz iyirmi ton xətti alkilbenzol ixrac edilib.

SaharAzeri xəbər verir, İRNA-nın məlumatına görə, yuyucu vasitələrin xammalı İranın mərkəzində yerləşən Ərak şəhərindən 26 konteynerdə 13 ədəd 520 tonluq vaqona yüklənərək, dəmir yolu vasitəsilə Türkiyəyə ixrac edilib.

Yuyucu vasitələrin xammalının dəmir yolu vasitəsilə daşınması, daşınma xərclərinin və yollarda tıxacın azalması ilə yanaşı iri həcmdə yükün təhlükəsiz daşınmasını da təmin edir.

Xətti alkilbenzol Aromatik Karbohidrogenlər qrupunda yerləşir və bu maddənin ən əsas istifadəsi yuyucu vasitələrin istehsalındadır.

Xətti alkilbenzol alışqan və zəhərli olmayan bir maddədir.

 

Teqlər