Cəlali-Boqdanov görüşündə region olayları araşdırılıb
İranın Moskvadakı səfiri və Rusiya xarici işlər nazirinin müavini bir görüşdə Qərbi Asiya olaylarını araşdırıblar.
SəhərAzəri xəbər verir, İranın Moskvadakı səfiri Kazem Cəlali, həmçinin Rusiya xarici işlər nazirinin müavini və bu ölkə prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov ikitərəfli münasibətlər, regionun təhlükəsizlik olayları, xüsusən sionist-amerikan “əsrin sövdələşməsi” planı haqda danışıblar.
Cəlali və Boqdanov bu görüşdə Tehran və Moskvanın ikitərəfli və regional məsələlər sahədəki əməkdaşlıqları və məşvərətlərinin davam etdirilməsi zərurətini vurğulayıblar.
“Əsrin sövdələşməsi” Amerika hökumətinin yeni planıdır. Fələstin xalqının hüquqlarını aradan götürmək ardınca olan bu plan Ərəbistan daxil olmaqla bəzi ərəb ölkələrinin həmkarlığı və razılığı ilə işlənib hazırlanıbdır.