İyul 10, 2020 17:01 Asia/Baku
  • İranda 215 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən iki min yeni koronavirus xəstəsinin aşkar edilməsi və 215 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 262 yeni  koronavirus xəstəsi aşkar edilib.

İranda koronavirus xəstələrinin ümumi sayının 252 min 720 nəfərə çatdığını bildirən Lari soyləyib: Ötən sutka ərzində 142 COVID-19 xəstəsi həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı on iki min 447 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək İranda koronavirusa yoluxanlardan 215 min 15 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da 12 milyon 387 min nəfəri ötüb keçibdir. Onlardan təqribən 557 min nəfər həyatını itirib, 7 milyon nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər