İyul 12, 2020 20:03 Asia/Baku
  • İranda təqribən 220 min COVID-19 xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 220 min COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan 2 min 186 yeni xəstə aşkar edilib; onlardan 1499 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 257 min 303 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 194 nəfər həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı, 12 min 829 nəfərə çatıbdır.

 

Teqlər