İyul 13, 2020 14:48 Asia/Baku
  • İranda 222 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2 mindən çox yeni xəstənin aşkar edilməsi və 222 min nəfərdən çox koronavirus xəstəsinin də sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan 2 min 349 yeni xəstə aşkar edilib.

Lari İranda koronavirusa yoluxanların ümumi sayının 259 min 652 nəfərə çatdığını bildirib.  Qeyd edib ki, ötən sutka ərzində 203 nəfər həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı, 13 min 32 nəfərə çatıbdır.

Lari bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 222 min 539 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, dünyada koronavirusa yoluxanların sayı da 13 milyon 41 min nəfəri ötüb keçibdir. Onlardan təqribən 571 min nəfər həyatını itirib, azı 7 milyon 558 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.

 

Teqlər