Ruhani:“İran heç vaxt super güclər xüsusilə ABŞ-ın təzyiqlərinə təslim olmayacaq”
İran Prezidenti İslam Respublikasının heç vaxt super güclərin xüsusilə ABş-ın quldurluğu və təzyiqləri qarşısında təslim olmayacağını vurğulayıb. Ruhani deyib: "Amerikalılar İran xalqının maraqlarına qarşı törətdikləri bütün təxribatçı hərəkətlərinə rəğmən, heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər".
SəhərAzəri xəbər verir, İran İslam Respublikası Prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında, koronavirus pandemiyasından irəli gələn problemlər və sanksiyalara rəğmın, inflyasıyanın azalması və neftdən asılı olmayaraq, iqtisadi artımın qeydə alınmasına işarə edərək, xatırladıb: "İran ABŞ qarşısında heç vaxt təcrid olmayıb və olmayacaq da və iqtisadi artım prosesi davam edəcək".
Əhatəli Müştərək Təşəbbüs Proqramının imzalanmasının beşinci ildönümünə toxunan İran prezidenti ABŞ hökumətinin bu anlaşmadan qanunsuz çıxmasını sionistlər, regionun mürtəce başçıları və ABŞ-dakı ifratçıların mənhus üçbucağının səylərinin nəticəsi kimi xarakterizə edib və deyib: "İranın sülhsevər olmasının sübuta yetməsi, neçə yüzillik anti-İran təbliğatlarının etibarsız olması, düşmənlərin İranın milli təhlükəsizliyinə xələl gətirmə cəhdlərinin iflasa uğraması və Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarının ləğv edilməsi nüvə anlaşmasının nailiyyətlərindədir ki, ABŞ-ın səylərinə baxmayaraq, bu günə qədər qorunub saxlanıbdır.
Dövlət başçısı sonda İrana qarşı silah embarqosunun ləğv edilməsini beynəlxalq hüququ və çoxtərəfliliyi qorumaq üçün atılan bir addım kimi dəyərləndirib və vurğulayıb: "Rəsmi Tehran bu sahədə bütün hərəkətləri diqqətlə izləyir".
"4+1 qrupunun üzvləri yəni Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya, həmçinin Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi də bilməlidirlər ki, bu gün məsələ təkcə İranın onlarla və region ölkələri ilə əlaqələri deyil və əgər diqqətlə əməl etməsələr çoxtərəfliliyə ciddi ziyan dəyəcək və hamı ziyana düşəcək", -deyə iran prezidenti əlavə edib.