İyul 15, 2020 21:14 Asia/Baku
  • İranda təqribən 227 min COVID-19 xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 227 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 388 yeni koronavirus xəstəsi aşkar edilib . 1775 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 264 min 561 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 199 xəstənin vəfat etməsinə işarə edib. Qeyd edib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on üç min 410 nəfərə çatıbdır.

Teqlər