İyul 16, 2020 07:39 Asia/Baku
  • İraqın baş naziri İrana səfər edəcək

İraqın milli təhlükəsizlik müşaviri bu ölkənin baş naziri Mustafa Əlkaziminin gələn həftə İrana və Ərəbistana səfərindən xəbər verib.

SəhərAzəri xəbər verir, Qasim Ələrəci dünən deyib ki, Mustafa Əlkazimi regionun təhlükəsizlik olayları və müxtəlif sahələrdə əməkdaşlıqların genişləndirilməsi barədə İran və Ərəbistan rəsmilərilə danışıqlar aparmaq məqsədilə gələn həftə bu iki ölkəyə səfər edəcək.

Qasim Ələrəci həmçinin Bağdad ilə Vaşinqton arasındakı müzakirələrin yeni mərhələsində ABŞ hərbçilərinin İraqdan çıxmalarının zaman cədvəlinin işlənib hazırlanacağını bildirib. Qeyd edib ki, amerikalı hərbçilərin İraqdan çıxmaları bu ölkənin hökuməti və xalqının tələbidir.

Teqlər