İyul 16, 2020 12:24 Asia/Baku
  • Ayətullah Amili: İşğalçı ermənilərin şərarətini pisləyirik.

Ərdəbilin İmam Cüməsi Həzrət Ayətullah Seyyid Həsən Amili Azərbaycan - Ermənistan sərhədlərində baş verən son olaylarla bağlı bəyanat verib.

SəhərAzəri Ayətullah amilinin ofisinə istinadla xəbər verir, Vəliyyi Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi və Ərdəbilin İmam Cüməsi Həzrət Ayətullah Seyyid Həsən Amili həmin bəyanatda azərbaycanlı gənclərin şəhid olmasından dərin hüznünü bildirərək, işğalçı ermənilərin şərarətini kəskin pisləyib.

Ayətullah Amilinin bəyanatının tam mətni belədir:

 

BismillahirRəhmanirRəhim

Təəssüflə Azərbaycan Respublikasının gəncləri və zabitlərinin Azərbaycan - Ermənistan rəsmi sərhəd bölgəsində yerləşən Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olması xəbərini aldıq.

Bununla bağlı beynəlxalq qanunlara zidd olaraq hücuma keçən Ermənistan hökumətinin şərarətini pisləyirik, və həmin məşum hücumun şəhidlərinin uca ruhuna salam və sələvat göndəririk, matəmli böyük Azərbaycan xalqı və ürək dağı görmüş ailələrlə həmdərd olduğumuzu bildirir, Allah Təaladan şəhidlərə ülvi məqamlar, ailələrə isə səbr diləyirik.

Azərbaycan Respublikasının müsəlman və bizimlə soydaş olan zabitləri və hərbiçilərinin qəsbkar ermənilər tərəfindən şəhid edilməsi bizim üçün ağır və kədərləndiricidir, bu şərarət işğalçı ermənilərin son şərarəti olsa da, onun sonuncusu olmayacaq, Azərbaycanın möhtərəm hökumətindən bu kimi cinayətlərin qarşısını almaq və pakların qanını qorumaq, Azərbaycan Respublikası əhalisinin isə izzət və müqəddəs qürurunun bərpası üçün lazımı və təcili tədbirlər görməsini intizar edirik.

Seyyid Həsən Amili

 

 

Teqlər