İran Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazırdır
https://azeri.sahartv.ir/news/İran-i364724-İran_azərbaycanla_ermənistan_arasında_vasitəçiliyə_hazırdır
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi ölkəsinin Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazır olduğunu bilidirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2020 03:53 Asia/Baku
  • İran Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazırdır

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi ölkəsinin Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazır olduğunu bilidirib.

SəhərAzəri xəbər verir, O deyib ki, Tehran Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış etməyə hazırdır.

Seyid Abbas Musəvinin sözlərinə görə, tərəflər arasında qarşıdurmalar baş verən kimi İran vasitəçilik üçün fəallıq göstərib: “Belə ki, bölgə daha bir münaqişəyə düçar edilə bilməz”.

XİN rəsmisi Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.