İyul 18, 2020 21:18 Asia/Baku
  • İranda 235 min nəfər koronavirusdan sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi deyib: "İranda COVİD-19 infeksiyasına 2 min yeni yoluxma faktının qeydə alınıb və 235 mindən çox koronavirus xəstəsi sağalıb".

SəhərAzəri xəbər verir, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün koronavirusun İranda son durumu ilə bağlı açıqlama verərəkən, qeyd edib ki, son 24 saat ərzində qəti diaqnostik meyarlara əsasən, koronavirus infeksiyasına 2 166 yeni yoluxma faktının qeydə alınıb, onlardan min 293 nəfərin xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilib".

İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayının 271 min 606 nəfərə çatdığını bəyan edən Lari əlavə edib: "Son sutkada 188 xəstə koronavirusdan həyatını itirib, beləliklə koronavirus qurbanlarının ümumi sayı 13 min 979 nəfərə yüksəlib.

Larinin sözlərinə görə, hazırkı dövrədək 235 min 300 xəstə sağalaraq, xəstəxanalardan evə buraxılıb.

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 14 milyon 200 min nəfərə çatıb, olardan 600 min nərfər bu virusun qurbanı olub, 8 milyon 485 min nəfər isə sağalaraq, xəstəxanalardan evə buraxılıb.

Teqlər