İranda 237 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/İran-i364841-İranda_237_min_nəfərdən_çox_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 237 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2020 16:08 Asia/Baku
  • İranda 237 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 237 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 182 yeni koronavirus xəstəsi aşkar edilib . 1324 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 273 min 656 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 209 xəstənin vəfat etməsinə işarə edib. Qeyd edib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on dörd min 188 nəfərə çatıbdır.