İyul 21, 2020 14:56 Asia/Baku
  • İran sanksiya altında olan ölkələr klubunun yaradılmasını təklif edb

İranın Moskvadakı səfiri Rusiya, Çin və İranın həmkarlığı və siyasi iradəsi, həmçinin gənc insan qüvvələri imkanını ABŞ-ın sanksiyaları ilə mübarizəyə yolaçan amil adlandırıb.

SəhərAzəri xəbər verir, Kazem Cəlali Rusiyanın «Kommersant» qəzeti ilə müsahibədə Amerikanın Rusiya, Çin və İranın iqtisadiyyatlarını zəiflətmək üzrə səyinə işarə ilə deyib ki, bu üç ölkənin Vaşinqtonun hərəkətlərilə mübarizə üçün «Sanksiya Altında Olan Ölkələr» klubu yaratmasının vaxtı gəlib çatıbdır.

Cəlali İran-Rusiya həmkarlığı prosesinə də toxunub. Bildirib ki, Tehran hərbi-texniki sahə də daxil olmaqla müxtəlif sahələrdə Moskva ilə əlaqələri fəal şəkildə genişləndirməkdədir.

İranın xarici işlər naziri Rusiya rəsmilərilə görüşmək məqsədilə bu gün Moskvaya yola düşüb.

İranın Moskvadakı səfiri deyib ki, Məhəmməd Cavad Zərif bu səfərdə İran prezidentinin mesajını Rusiya prezidentinə gətirir.

 

Teqlər