Tehran-Bağdad münasibətləri iki qonşu ölkə miqyasından daha genişdir
İran prezidenti və İraqın baş naziri Tehran-Bağdad münasibətlərinin iki qonşu ölkə miqyasından daha geniş olduğunu bildiriblər.
SəhərAzəri xəbər verir, İki tərəf vurğulayıbdır ki, İran və İraqın hakimiyyəti və milli təhlükəsizliyi bir-birinə bağlıdır.
Həsən Ruhani bu gün Tehranda Mustəfa Əlkazimi ilə görüşdə İraqın bugünkü çətin və xüsusi şəratində bu ölkənin baş nazirlik məsuliyyətinin Əlkazimi tərəfindən qəbul edilməsini İraq cəmiyyətində qardaşlıq və birliyin dərinliyinin bəyanedicisi adlandırıb. O, deyib: İran və İraqın xalqları və dövlətlərinin bir-birilərinin taleyinə maraq göstərmələri iki ölkə əlaqə və həmkarlıqlarının hərtərəfli inkişafı yolunda böyük bir sərmayədir.
Ruhani söyləyib: İran və İraq mədəni, dini, tarixi və siyasi cəhətlərdən bir çox ortaqlıqlara malikdirlər və Qom və Nəcəf dini elmlər hövzələri İran və İraq üçün iki böyük sərmayə hesab olunurlar.
İran prezidenti bildirib ki, İran və İraq qarşılıqlı əməkdaşlıqla koronavirus pandemiyasının yaratdığı çətin şəraitdən çıxa bilərlər. O, deyib: İki ölkə bütün sahələrdə geniş həmkarlıqlarla mövcud razılaşmaları tez bir zamanda tam şəkildə icra etməlidir.
Ruhani mühüm və strateji qonşu kimi İraqın ərazi bütövlüyü və təhlükəsizliyinin qorunmasını İran üçün çox önəmli adlandırıb və bildirib ki, xarici qüvvələr iki qədim qonşunun qardaşlıq münasibətlərinə heç bir xələl gətirə bilməyəcəklər.
İran prezidenti qeyd edib ki, Tehran regionda bir müsəlman və ərəb ölkəsi kmi İraqın sülh və sabitliyin təmini sahəsindəki təyinedici rolunu qətiyyətlə himayə edir.
İraqın baş naziri də İran-İraq münasibətlərini iki qonşu ölkə arasındakı adi münasibətlərdən daha geniş adlandırıb və belə deyib: İran və İraq strateji münasibətlərə malikdirlər və iki ölkə xalqlarının bir-birilərinə olan dərin marağı bu strateji münasibətlər üçün möhkəm bir dayaq sayılır.
Ruhani və Əlkazimi öz müzakirələrində razılaşıblar ki, iki ölkə razılaşmalarının icra edilməsinin izlənilməsi və sürətləndirilməsi məqsədilə müştərək bir komitə yaradılsın və bu komitə öz fəalıiyyətinə başlasın.