Tehran və Bağdad iqtisadi həmkarlıqları genişləndirmək əzmindədirlər
İran prezidenti İraqın baş naziri ilə birgə mətbuat konfransında deyib ki, Tehran və Bağdad iqtisadi həmkarlıqları genişləndirmək əzmindədirlər.
SəhərAzəri xəbər verir, Ruhani bildirib ki, Tehran və Bağdad ikitərəfli ticarət mübadilələri həcmini 20 milyard dollara yüksəltmək niyyətindədirlər.
Həsən Ruhani Mustəfa Əlkazimi ilə birgə mətbuat konfransında əmin olduğunu bildiribdir ki, İraqın baş nazirinin Tehrana səfəri iki dost və qardaş ölkə kimi İran-İraq əlaqələrinin genişlənməsində bir dönüş nöqtəsi olacaq.
İran prezidenti vurğulayıb: İran İraqın dövləti və xalqına bu əminliyi verir ki, var gücü və imkanları ilə bütün dərman və səhiyyə vəsaitləri cəhətdən İraq xalqının kənarında olacaq.
Mustəfa Əlkazimi də bildirib ki, İran və İraq terrorizmə və təkfirçi qruplara qarşı mübarizədə bir-birilərinin kənarında durublar. O, qeyd edib ki, İran bu yolda İraq xalqının kənarında duran ilk ölkələrdən olub və Bağdad bu yardımı heç vaxt unutmayacaqdır.
Əlkazimi vurğulayıb ki, İraq heç vaxt bu ölkə ərazisindən İran İslam Respublikasına qarşı bir təhdidin edilməsinə icazə verməyəcək. O, qeyd edib ki, İraq həmçinin iqtisadi problemlərdən keçməsi üçün İranın kənarında dayanıbdır.
İraqın baş naziri İran rəsmilərilə görüşmək məqsədilə yüksək səviyyəli siyasi-iqtisadi heyətlə bu gün Tehrana daxil olub.