İyul 23, 2020 18:51 Asia/Baku
  • İranın Azərbaycandakı yeni səfiri:

İranın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri bu gün Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşdə deyib: "Qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi rəsmi Tehranın bu ölkələrlə diplomatik və siyasi əlaqələrinin gələcəyində mühüm rol oynayacaqdır".

SəhərAzəri xəbər verir, Seyid Abbas Musəvi əlavə edib: " Bu baxımdan, əlaqələrin inkişafında qonşu və sərhəd vilayətlərinin rolu çox vacib və həlledici olacaq və Şərqi Azərbaycan vilayəti malik olduğu iqtisadi, ticarət və sənaye imkanları və infrastrukturları baxımından bu məsələdə xüsusi rol oynaya bilər". 

İranın Bakı şəhərindəki yeni səfiri deyib: "İran İslam Respublikasının Azərbaycan Respublikası ilə münasibətdə, makro və iqtisadi hədəflərə nail olmaq üçün, səylərimizi daha artırmalı və hökumət rəsmiləri və müdirlərdən başqa özəl sektorun imkanlarından da bəhrələnməliyik".

Mədəni, akademik və elmi əlaqələrin inkişafını İran-Azərbaycan əlaqələrinin inkişafının digər prioritetlərindən hesab edən Musəvi əlavə edib: "Bu münasibətlərin inkişafı və genişləndirilməsi üçün professor və tələbə mübadiləsi və ikitərəfli konfransların keçirilməsi gündəmə gətirilə bilər."

Şərqi Azərbaycan vilayətinin valisi də bu görüşdə deyib: "Azərbaycan Respublikası ilə ticarət dövriyyəsi hazırkı rəqəmlərdən daha çox olmalıdır və iki ölkə arasındakı ortaqlıqlar müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi üçün böyük səylərin göstərilməsini tələb edir".

Məhəmmədrza Pur Məhəmmədi Ərəs Azad Ticarət və Sənaye Bölgəsində Azərbaycan Respublikası banklarının filiallarının açılmasına çağırıb və əlavə edib: "Bu istəyin reallaşması Tehran-Bakı arasındakı iqtisadi və ticarət mübadiləsi ilə bağlı problemlərin həllinə böyük töhfə verə bilər". Pur Məhəmmədi Təbriz şəhərinin Qafqaz-İran əlaqələrinin inkişafindakı tranzit roluna da xüsusi vurğulayaraq, Cülfa-Qulubəyli quru və dəmir yolu xəttinin inşasının bu sahədə açar rolu oynayacağını söyləyib".

 

Teqlər