İyul 25, 2020 13:40 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti düşmənlərin İrana zərbə vurmaq fitnələrinə işarə edərək, deyib: "İran xalqı təzyiqlərə dözmək üçün lazımi güc və potensiala malikdir və təslim olmayacaq".

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün koronavirusla mübarizə üzrə milli qərargahın iclasında əlavə edib: "İran xalqı sanksiya, koronavirus və ya istənilən böyük problemli birlik və əməkdaşlıqla asanlaşdırmağı bacarır".

İran prezidenti, həmçinin şiələrin üçüncü imamı, İmam Hüseynin (ə) əzadarlıq mərasiminin keçirilməsinə də toxunub və bu mərasimin bütün İslami İranda möhtəşəm şəkildə və səhiyyə protokollarına ciddi riayət etməklə keçirilməli olduğunu bildirib.

Ruhani İranın imam Hüseynin (ə) əzadarlıq mərasimlərini keçirmək istəyən digər ölkələr və şiələr üçün örnək ola biləcəyini vurğulayıb.

İran xalqının həyatının imam Hüseynin (ə) eşqi, Aşura mədəniyyəti və şəhidlər ağasına əzadarlıq mərasimləri keçirməklə qaynayıb-qarışdığını bəyan edən İran İslam Respublikası prezidenti əlavə edib: "İran xalqının ABŞ-ın hegemonçuluğu qarşısında dayanması Aşura mədəniyyətindən aldığı dərslərə görədir və bu mədəniyyət İran xalqını möhkəm və dözümlü edib".

Teqlər