İyul 27, 2020 12:54 Asia/Baku
  • İranda səyyar “uçuş idarəetmə qülləsi” istifadəyə verilib

İranın müdafiə və yol və şəhərsalma nazirlərinin iştirakı ilə daxili istehsal olan səyyar “uçuş idarəetmə qülləsi”nin açılışı olub.

SəhərAzəri xəbər verir, İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu mərasimin kənarında deyib: Müxtəlif hadisələrlə, o sıradan hərbi, yeraltı təkan, yanğın və daşqınlar ilə üzləşdiyinə, həmçinin ölkədəki hava limanlarının davamlı surətdə işləməsinə görə, müvəqqəti hava limanlarından istifadə, İran üçün vacibdir. Bu sistem ölkənin sabit hava əməliyyatları keçirməsinə imkan verir.

İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami də səyyar “uçuş idarəetmə qülləsi”nin açılış mərasimində deyib: Bu nailiyyət başlanğıc nöqtəsidir ki, İran İslam Respublikası hava, dəniz, dəmiryolu və şose yolu nəqliyyatı sahələrində daha geniş surətdə daxili imkanlardan istifadə, həmçinin vahid və elektron sistemə doğru hərəkət edə bilsin.

Teqlər