İranın yeralti raketləri düşmənlərin bağrını yardı (VİDEO)
https://azeri.sahartv.ir/news/İran-i365272-İranın_yeralti_raketləri_düşmənlərin_bağrını_yardı_(vİdeo)
İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələrinin komandanı dünyada ilk dəfə ballistik raketlərin yerin dərinliklərindən atıldığını və bu atışın platforma və ənənəvi avadanlıq olmadan həyata keçirildiyini söyləyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 29, 2020 12:41 Asia/Baku
  • İranın yeralti raketləri düşmənlərin bağrını yardı (VİDEO)

İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələrinin komandanı dünyada ilk dəfə ballistik raketlərin yerin dərinliklərindən atıldığını və bu atışın platforma və ənənəvi avadanlıq olmadan həyata keçirildiyini söyləyib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələri komandanı, general Əmir Əli Hacızadə Fars körfəzində və Hörmüz Boğazının qərbində keçirilən  "Böyük Peyğəmbər (s.ə.s) 14" hərbi təlimlərinin nəticələri barədə açıqlamasında bu deyib: “bu manevrdə ilk dəfə olaraq İnqilab Keşikçiləri Korpusu tərəfindən ballistik raketlər yerin dərinliklərindən atıldı.Bu təlimlərdə tanış platformalar və avadanlıqlar istifadə edilmədi və yerin altında basdırılan raketlər yeri sökərək, hədəfə doğru istiqamətlənib və yüksək diqqət və dəqiqliklə hədəfləri məhv etdi. "