İyul 30, 2020 12:28 Asia/Baku
  • Nüvə anlaşması İrana qarşı silah sanksiyaları ləğv edilmədən davam etməyəcək

İran prezident administrasiyasının başçısı İrana qarşı silah sanksiyalarının ləğvini nüvə anlaşmasının mühüm öhdəliklərindən adlandırıb. Deyib ki, nüvə anlaşması İrana qarşı silah sanksiyaları ləğv edilmədən davam etməyəcək.

SəhərAzəri xəbər verir, Məhmud Vaezi tvitter-dəki şəxsi səhifəsində yazıb: Amerika başçılarının öz iradələrini BMT Təhlükəsizlik Şurasının üzvlərinə qəbul etdirmək üzrə son hərəkətləri nəinki dünya ictimaiyyətinin ən ibtidadi qaydalarını pozur, həm də onların siyasi iradəsi və səs müstəqilliyinə qarşı bir təhqirdir.

İran prezident administrasiyasının başçısı vurğulayıb: Nüvə anlaşmasının qorunması da 4+1 qrupunun üzərinə düşür.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi də tvitter-də yazıb: Amerika, mediaların zorakılığı hesabına iddia edir ki, nüvə anlaşması BMT-də heç bir qanuni mövqeyə malik deyil, amma nüvə anlaşması BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsin əlavə olunub və Birləşmiş Ştatlar onların hər ikisinin icrası qarşısında qanuni vəzifələrə malikdir.

Təxte Rəvançi vurğulayıb: BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsinin 2-ci maddəsi BMT üzvlərindən istəyir ki, nüvə anlaşmasının icrasına kömək etsinlər, amma Amerika öz məsuliyyətini boynundan atır.

2018-ci il mayın 8-də birtərəfli surətdə nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, bu beynəlxalq anlaşmadan çıxan Amerika hazırda belə bir iddiaya söykənibdir ki, nüvə anlaşması beynəlxalq bir anlaşma deyil və təhlükəsizlik şurası ilə heç bir əlaqəsi yoxdur.

BMT-nin/Təhlükəsizlik Şurasının 2231 qətnaməsinin bir hissəsi olan «İrana qarşı silah sanksiyaları»nın ləğv edilməsi vaxtının yaxınlaşması ilə amerikalılar bu sanksiyaların bitməsinin qarşısını almaq üzrə səylərini ikiqat artırıblar.

 

Teqlər