Qalibaf səadətli Qurban bayramı münasibətilə təbrik müraciəti ünvanlayıb
İran İslam Şurası Məclisinin sədri səadətli Qurban bayramının gəlib çatması münasibətilə İslam ölkələrinin parlament sədrlərini təbrik edib.
SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İslam ölkələrinin parlament sədrlərinə bir müraciətdə vurğulayıb: "Hazırda mənhus koronavirus pandemiyası səbəbindən Həcc ziyarətinin vacib əmmələrini müqəddəs vəhy ölkəsində yerinə yetirmək mümkün olmadığından böyük İslam ümmətinin sağlamlığı, rifahı və təhlükəsizliyi naminə birlik və həmrəyliyə fokuslanmaq kökumətlərin ən əsas borcudur".
İran İslam Şurası Məclisinin sədri əlavə edib: "Sionist rejim dünyanın koronavirus böhranı ilə əlaqədar hazırkı vəziyyətindən sui-istifadə edib, fələstinlilərin Qərb sahilindəki dini, tarixi və sivilizasiya ərazilərinin bir hissəsini işğal etmək üçün bütün səyini səfərbər edib. Bu həssas və əhəmiyyətli dönəmi arxada qoymaq üçün Fələstin amallarını dəstəkləmək keçmişdəkindən daha da vacibdir".
İranın xarici işlər naziri də Qurban bayramı münasibətilə bir tvittdə yazıb: "İnsanın xilası üçün eqoist və xudbin maraqların qurban verilməsi lazımdır".
Sabah 1441-ci hicri qəməri ili zilhəccə ayının onu, 2020-ci il iyulun 31-i, müsəlmanların böyük bayramlarından olan səadətli Qurban bayramıdır.