İyul 31, 2020 09:05 Asia/Baku
  • Ruhani islami ölkələrin başçılarını səadətli Qurban bayramı münasibətilə təbrik edib

İran İslam Respublikasının prezidenti səadətli Qurban bayramı münasibətilə islami ölkələrin başçılarını təbrik edib.

SəhərAzəri xəbər verir, Həsən Ruhani dünən islami ölkələrin başçılarına ünvanladığı ayrı-ayrı müraciətlərdə səadətli Qurban bayramını təbrik edərək, bildirib ki, islami ölkələrin başçıları birgə həmkarlıq və iradə ilə İslam Dünyasının günbəgün artan birliyinə zəmin yarada bilərlər.

İran İslam Respublikasının prezidenti ümidvarlıq edib ki, bütün dünya müsəlmanları bu mübarək bayramın bərəkəti hesabına və müqəddəs İslam dininin yüksək təlimlərinə söykənməklə ilahi yüksəliş istiqamətində hərəkət edə bilmiş olacaqlar.

Bu gün, 1441-ci hicri qəməri ili zihəccə ayının onu, 2020-ci il iyulun 31-i, səadətli Qurban bayramıdır.

Teqlər