İyul 31, 2020 22:54 Asia/Baku
  • Bölgədəki bütün ölkələrin əməkdaşlığı bölgəyə sabitlik və sülh gətirir

Prezident İran və Türkiyə arasında müxtəlif sahələrdə, xüsusən də iqtisadi və ticarət sahəsində yaxşı münasibətlərə toxunaraq, deib: İran İslam Respublikasının istəyi, Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinin və əməkdaşlığının hərtərəfli inkişafıdır.

SəhərAzəri xəbər verir, Həsən Ruhani, cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında, Türkiyə hökumətini və xalqını Qurban Bayramı münasibətilə təbrik edərkən, Koronavirusla mübarizə üçün bu günə qədər iki ölkənin birlikdə xəstəliyi idarə etmək üçün yaxşı səy göstərmələrin’ toxunub, bundan sora da birlikdə işləyərək təcrübə mübadiləsi edə biləcəyinə ümid etdiyini bildirib. 
Prezident bölgədəki bəzi problemlərə toxunaraq ümidvar olduğunu bildirdi ki bölgədəki bütün ölkələrin səyləri və əməkdaşlığı ilə bölgədəki sabitliyin və barışın şahidi olacağıq.
Ruhani, ABŞ-ın bu gün İran xalqına qarşı zalımcasına sanksiyaları tətbiq etdiyini vurğulayaraq deyib: Bu vəziyyətdə İran və Türkiyə kimi dost və qonşu ölkələr münasibətlərini və əməkdaşlığını daha da inkişaf etdirməlidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qurban Bayramı münasibətilə təbriklərini bildirərək, Bu bayramın iki ölkə xalqı və bütün dünya müsəlmanları üçün bir xeyir olacağına ümid etdiyini bildirdi.
Türkiyə Prezidenti, İran hökuməti və xalqının korona xəstəliklərinə qarşı mübarizədəki uğurlu səylərini yüksək qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Ərdoğan İran və Türkiyə arasında ticari-iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsinin və sağlamlıq protokollarına uyğun ticarət mübadiləsinin sürətləndirilməsinin zəruriliyinə işarə edərək, yaxın vaxtlarda iki ölkə arasında Strateji Əməkdaşlıq üzrə Ali Şuranın iclasının keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Teqlər