Avq 01, 2020 16:47 Asia/Baku
  • ABŞ-ın himayəsində olan terrorçu dəstəyə sarsıdıcı zərbə

İranın təhlükəsizlik qüvvələri ABŞ-da yerləşən terrorçu dəstəyə sarsıdıcı zərbə endiriblər.

SəhərAzəri-nin məlumatına görə Farsnyus-un müxbiri "Tondər" adlı terror dəstəsinə başçılıq edən şəxsin İranın təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirildiyini bildirib. 

Bu məlumata görə, ABŞ-dan İrandakı terror aktları və təxribatçı hərəkətləri istiqamətləndirən "Tondər" adlı terror dəstəsinin başçısı Cəmşid Şarməhd mürəkkəb bir əməliyyatın sonunda İranın təhlükəsizlik qüvvələrinin əlinə keçib. 

Şarməhd 12 il öncə Şirazın "Seyyid Əş-Şühəda" hüseyniyəsində partlayışın törədilməsini planlaşdırmışdı. Bu terror aktında 14 nəfər şəhid olmuş, 215 nəfər isə xəsarət almışdı.

"Tondər" terror qruplaşması son illərdə də İranda bir neçə terror aktını planlaşdırıb, həyata keçirməyə çalışıb. Şirazın Sivənd su bəndinin partladılması, Tehranda Beynəlxalq Kitab Yarmarkasında kimyəvi bombadan istifadə ilə terror aktının törədilməsi və İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in məqbərəsini partlatmaq bu planlardan olub. Bütün bu terror aktları İranın təhlükəsizlik qüvvələrinin səyləri nəticəsində zərərsizləşdirilib. 

Teqlər