Ruhani: İqtisadiyyat savaşında məqsəd ölkəni xaosa sürükləməkdira
Ruhani: İqtisadiyyat savaşında məqsəd ölkəni xaosa sürükləməkdira
İqtisadi inkişaf yolunda hərəkət həqiqəti əks etdirməyən fikirlərə və bədbinliyə yox, mövcud reallıqlara əsaslanmalıdır.
SəhərAzəri-nin məlumatına görə, bu sözləri İran İslam Respublikası prezidenti Həsən Ruhani İqtisadi Kordinasiya Şurasının iclasında deyib.
Həsən Ruhani ölkənin üzləşdiyi iqtisadi problemləri və mövcud fürsətləri analiz edərək əlavə edib: İnqilab Rəhbərinin Qurban Bayramı münasibətilə etdikləri müraciətdə iqtisadi məsələlərlə bağlı səsləndirdikləri fikirlər ölkənin makro iqtisadi proqramlarını özündə əks etdirməklə yanaşı, iqtisadiyyatın inkişafı və problemlərin həlli baxımından bu sahə ilə məşğul olan rəsmilər üçün yol xəritəsi və güclü dayaq sayılır.
Prezident Həsən Ruhani daha sonra ölkənin mövcud iqtisadi potensiallarına diqqət çəkərək dedi: Reallıqlar onu deməyə əsas verir ki, ölkədəki imkanlardan və fürsətlərdən düzgün formada istifadə etmək, hökumət orqanları arasında ahəngdar əməkdaşlıq və düzgün proqramlaşdırma ilə düşmən tərəfindən edilən analoqsuz təzyiqlər və sanksiyaların öhdəsindən uğurla gəlmək mümkündür.
Bu iclasda ölkənin makro iqtisadiyyatının idarə edilməsi ilə bağlı 26 bənddən ibarət olan yol xəritəsi də müzakirəyə çıxarılıb.
H.Ruhani ölkənin makro iqtisadiyyatının idarə edilməsinə dair yol xəritəsinin hazırlanmasına işarə edərək, dedi: Düşmən tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar və təzyiqlər ölkə rəsmilərini çaşqınlığa sürükləmək və qərarların qəbul edilməsində yanlış qərarların qəbul olunmasına nail olmaqdır. Buna görə də milli birlik və gələcəyə ümid ilə düşmənin fitnəsini zərərsizləşdirmək lazımdır.
İran prezidenti düşmənlərin koronavirusun yayılmasının ardınca ölkə iqtisadiyyatının dalana dirənəcəyini və çaşqınlıq ilə üzləşəcəyini təsəvvür etdiklərinə işarə edərək, dedi: Bütün çətinliklərə, amansız təzyiqlərə və sanksiyalara rəğmən bu gün ölkənin hər bir sahədə uğurla addım atmasının səbəbi düzgün qərarların qəbul edilməsi və xalq ilə hökumət arasındakı birlikdir.