Qızıl Aypara Cəmiyyətinin Beyrut əhalisinə kömək etməyə hazır olduğu bildirilib
https://azeri.sahartv.ir/news/İran-i365544-qızıl_aypara_cəmiyyətinin_beyrut_əhalisinə_kömək_etməyə_hazır_olduğu_bildirilib
İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü deyib: "Livanda dünən gecə baş verən partlayışdan sonra Beyrutda İran Qızıl Aypara Cəmiyyəti RDH xəstəxanası qurmağı planlaşdırıb və bununla bağlı tibbi işçilərin Beyruta göndəriləcəyi də qərara alınıb."
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2020 08:56 Asia/Baku
  • Qızıl Aypara Cəmiyyətinin Beyrut əhalisinə kömək etməyə hazır olduğu bildirilib

İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü deyib: "Livanda dünən gecə baş verən partlayışdan sonra Beyrutda İran Qızıl Aypara Cəmiyyəti RDH xəstəxanası qurmağı planlaşdırıb və bununla bağlı tibbi işçilərin Beyruta göndəriləcəyi də qərara alınıb."

SəhərAzəri xəbər verir, Məhəmməd Nəsiri, İranın Qırmızı Aypara Cəmiyyətinin Livana etdiyi yardımdan danışdı: "Beyrutda çox sayda Livanlının ölümünə və yaralanmasına səbəb olan partlayışdan sonra Qızıl Aypara Cəmiyyətinin başçısı Livan Qırmızı Xaç Komitəsinin rəhbərinə müraciətdə İranın hər hansı bir yardıma hazır olduğunu bildirib." 
Məlumata görə bununla bağlı İran Qızıl Aypara Cəmiyyəti tərəfindən bu gün 9 ton ağırlığında bir yardım yükü, o cümlədən ərzaq, dərman və tibbi ləvazimatlar Beyruta göndəriləcəyi bildirilir.

Həmçinin Livana ümumi praktikantlar, ortopedlər, əməliyyat otağı mütəxəssisləri, pediatrlar və nevroloqlar da daxil olmaqla 22 nəfərdən ibarət tibb bacısı və tibb işçisi heyətinin də Beyruta göndərilməsi qərara alınıb. Həmçinin Livanda RDH Xəstəxanasının tezliklə yaradılması da planlaşdırılıb.