350 livanlı yaralı İranın Qırmızı Aypara Cəmiyyətinin modultipli xəstəxanasına müraciət edib
İranın Qırmızı Aypara Cəmiyyətinin Beyrutda quraşdırdığı modultipli xəstəxananın direktoru bu şəhərin limanında baş verən dəhşətli partlayış nəticəsində bədən xəsarəti alanlardan 350 nəfərin bu xəstəxanaya müraciət etdiyini bildirib.
SəhərAzəri xəbər verir, İranın Qırmızı Aypara Cəmiyyətinin Beyrutdakı modultipli xəstəxanasının direktoru Məhəmmədbaqir Məhəmmədi deyib: "Bu yaralılar avqustun 8-dən 10-u yəni baza ertəsi gününün sonuna qədər Beyrutun Zahiyə bölgəsində Livanın Milli Universitetinin kənarında quraşdırılan bu xəstəxanaya müraciət ediblər və onlara tibbi yardım göstərilib.
M.Məhəmmədi günü-gündən daha çox livanlının sözü gedən xəstəxanaya müraciət etdiyini bildirərək, deyib: "Bu xəstəxanaya müraciət edənlərin əksəriyyəti adi insanlar, qadınlar, uşaqlar, qocalar və partlayış nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alanlar və bəzi ordu qüvvələridir ki, müalicə və dərman xidmətləri almaq üçün müraciət edirlər".
Avqustun 4-də Beyrut limanında yerləşən pirotexnika anbarında geniş yanğının baş verməsi fonunda içərisində iki min 700 ton ammonium nitrat olan yaxındakı anbarda dəhşətli bir partlayış baş verib.
Livanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, indiyə kimi bu partlayış nəticəsində 158 nəfər həyatını itirib, beş mindən çox insan isə yaralanıb.