Əbu-Dəbi-Təl-Əviv diplomatik əlaqələri strateji ağılsızlıqdır
İran Xarici İşlər Nazirliyi əmirliklərlə sionist rejim arasında diplomatik əlaqələrin qurulmasını pisləyib.
SəhərAzəri xəbər verir, Nazirlik bunu strateji ağılsızlıq adlandırıb. Bildirib ki, şübhəsiz, onun nəticəsi, regionda müqavimət mehvərinin güclənməsi olacaq.
Amerika prezidenti Donald Trampın əmirliklərlə sionist rejim arasındakı münasibətləri adiləşdirmək prosesini asanlaşdırmaq üzrə ardıcıl səylərinin ardınca dünən iki tərəf diplomatik münasibətlərin tam şəkildə adiləşdirilməsi barədə razılığa gələrək, saziş imzaladı.
İran Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bildirib ki, məzlum Fələstin xalqı və dünyanın bütün azadlıqsevər xalqları heç vaxt qəsbkar və cinayətkar sionist rejimlə münasibətlərin adiləşdirilməsini və bu rejimin cinayətləri ilə əlbir olmağı bağışlamayacaqlar.
Bəyanatda sonra deyilir: Şübhəsiz, müqavimətin yetmiş il ərzində müqəddəs Fələstin ölkəsinin və müsəlmanların ilk qibləsinin azadlığı yolunda nahaqcasına tökülən qanları gec-tez Fələstin amalına xəyanət edənlərin yaxasını tutacaqdır.
Bəyanatda sonra deyilir: İran Əbu-Dəbinin saxta, qanunsuz və bəşəriyyətə zidd sionist rejimlə münasibəti adiləşdirmək üzrə biabırçı hərəkətini təhlükəli addım hesab edir və sionist rejimin Fars Körfəzi bölgəsinin parametrlərinə hər cür müdaxiləsi barədə xəbərdarlıq etməklə bildirir ki, əmirliklərin hökuməti və onu müşayiət edən digər hökumətlər bu addımın bütün nəticələrinin məsuliyyətini qəbul etməlidirlər.
İran Xarici İşlər Nazirliyi vurğulayıb: Tarix göstərəcəkdir ki, sionist rejim tərəfindən buraxılan bu strateji səhv və əmirliklər tərəfindən Fələstin xalqına və bütün müsəlmanlara haqsız olaraq arxadan vurulan bu xəncər, müqavimət mehvərinin güclənməsinə səbəb olacaq, sionist rejimə və regiondakı mürtəcelərə qarşı həmrəylik və birliyi kulminasiya nöqtəsinə çatdıracaqdır.
İran Xarici İşlər Nazirliyi bu bəyanatda, öz şüşə saraylarından fələstinlilərin və Yəmən xalqı kimi regiondakı digər məzlum xalqların üzünü cırmaqlayan hökmranlara tövsiyə edibdir ki, özlərinə gəlib, öz dost və düşmənlərini tanımaqda yanlış yola getməsinlər.