Avq 17, 2020 08:27 Asia/Baku
  • Tramp İran xalqına qarşı ən pis xəbisliklər və cinayətlər törədib

İran prezidenti Amerika hökumətini zorakı və beynəlxalq hüquqları pozan bir hökumət adlandırıb.

Səhər Azəri bildirir ki, Həsən Ruhani ABŞ prezidenti Donald Trampın İran xalqına qarşı ən pis xəbislik və cinayətlər törətdiyini deyib.

İran İslam Respublikasının prezidenti nazirlər kabinetinin iclasında xarici işlər nazirinin Amerikanın İrana qarşı silah sanksiyasının uzadılması haqda qətnaməni qəbul etdirmək sahəsindəki biabırçı məğlubiyyətinə dair məlumatından sonra deyib: Amerika prezidenti Donald Tramp nüvə anlaşmasından çıxmaq və qanunsuz şəkildə sanksiyaları bərqərar etməklə təkcə İran xalqının hüquqlarına təcavüz etməyib, həm də kollektiv və ya bir neçə ölkənin əhd-peymanı hörmətini də pozubdur.

Amerikanın İrana qarşı silah qadağasının uzadılmasına dair qətnamə layihəsi cümə günü axşamçağı ABŞ və Dominikan Respublikasının lehinə, Rusiya və Çinin əleyhinə və on bir tərəfsiz səslə qəbul edilmədi.

Teqlər