Avq 18, 2020 17:37 Asia/Baku
  • İranın elm təməlli şirkətləri 800 milyon dollar dəyərində məhsul ixrac ediblər

Gömrük rəsmiləri və müvafiq qurumların rəsmi statistikalarına əsasən, 2019-cu ildə İranın elm təməlli şirkətlərin ixracat və ölkəyə gətirdiyi valyutanın həcmi 800 milyon dollardan çox olubdur.

SəhərAzəri xəbər verir, İran prezidentinin elm və texnologiya üzrə müavininin Beynəlxalq İnkişaf və Biznes Ofisinin Ruhullah Stiri deyib: "İranın elm təməlli şirkətlərinin xidmətləri və məhsullarına müxtəlif hövzələr, o cümlədən məzmun istehsalı, tətbiq hazırlama, proqram təminatı yazma, həmçinin ixracatın məqsədi olan ölkələrə İnnovasiya Texnologiyaları sahəsində elmi və texnoloji tədqiqatların aparılması daxildir.

R.Stiri 800 milyon dollarlıq ixracat və ölkəyə gətirilən valyuta həcminin 400 elm təməlli şirkətin səyləri nəticəsində reallaşdığını bildirib. 

"İranda hazırda ümumilikdə mövcud olan 5 min şirkətdən min beş yüz elm təməlli şirkət İnnovasiya Texnologiyaları sahəsində qeydiyyatdan keçib və fəaliyyət göstərir ki, hesablamalara görə, min şirkətin ixracat və valyuta gətirmə potensialı vardır.

Bu məlumata əsasən, İranın elm təməlli şirkətləri məhsullarını daha çox İraq, Rusiya, Əfqanıstan və Suriyaya ixrac ediblər. Cari ildə isə Fars körfəzinin bəzi ölkələri, Avstriya və Çində İnnovasiya Texnologiya məhsullarının ixracı üzrə İran şirkətlərinin xüsusi proqramında yer alıblar.

Teqlər