ABŞ İrandan nüvə anlaşmasını pozmaq bəhanəsilə şikayət edib
https://azeri.sahartv.ir/news/İran-i366165-abŞ_İrandan_nüvə_anlaşmasını_pozmaq_bəhanəsilə_şikayət_edib
ABŞ Dövlət Katibi Mayk Pompeo İrandan nüvə anlaşmasının müddəalarını pozmaq bəhanəsilə BMT Təhlükəsizlik Şurasına şikayət etmək niyyətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2020 03:37 Asia/Baku
  • ABŞ İrandan nüvə anlaşmasını pozmaq bəhanəsilə şikayət edib

ABŞ Dövlət Katibi Mayk Pompeo İrandan nüvə anlaşmasının müddəalarını pozmaq bəhanəsilə BMT Təhlükəsizlik Şurasına şikayət etmək niyyətindədir.

SəhərAzəri xəbər verir, ABŞ-ın İranla nüvə anlaşmasından çıxmasından iki ilin keçməsinə baxmayaraq, yeni bir illüziyalı hüquqi hərəkətdə, Vaşinqton nüvə anlaşmasını pozmaq bəhanəsilə İrana qarşı şikayətini avqustun 20-də Təhlüləsizlik Şurasına təqdim etmək niyyətindədir.

ABŞ TŞ-də İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnamənin təsdiq edilməsində aciz qaldığı üçün Tehrana qarşı nüvə sanksiyalarını bərpa etmək məqsədilə tətik mexanizmindən istifadə etmək iddiasındadir.

ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair irəli sürdüyü qətnamə layihəsi yerli vaxtla avqustun 14-də BMT Təhlükəsizlik Şurasının səddindən keçə bilmədi.

Bu qətnamə iki lehinə, iki əleyhinə və 11 bitərəf səslə təsdiq edilmədi.

ABŞ-ın anti-İran qətnaməsinə qarşı çıxan və ya bitərəf qalan BMT Təhlükəsizlik Şurasının daimi və qeyi-daimi üzvləri rəylərinə səbəb kimi nüvə anlaşmasının dəstəklənməsi və ABŞ hərəkətinin qanunsuz olmasını göstəriblər.