İranda dördüncü nəsildən olan ilk turbofan mühərrikinin təqdimatı olub
İranda dördüncü nəsildən olan ilk turbofan mühərriki və iki ballistik və kruz raketi İranın prezidenti və müdafiə nazirinin iştirakı ilə videoformatda keçirilən mərasimdə təqdim olunub.
SəhərAzəri xəbər verir, Həsən Ruhani və briqada generalı Əmir Hatəmi bu gün müdafiə sənayesi günü ərəfəsində İsfahanda Müdafiə Nazirliyinin PUA gücü sərgisini və «Kosər» təyyarəsinin «Ouc» tipli mühərrikinin istehsal xəttini istifadəyə veriblər.
Həmçinin bu gün, İranda ilk dəfə istehsal edilən və dördüncü nəsildən olan yüngül turbofan mühərrikinin təqdimatı olub. Bu mühərrik dünyanın modern PUA-larında istifadə olunur.
Dördüncü nəsildən olan turbofan mühərriki ölkənin aviasiya qüdrəti sahəsindəki gücünü nəzərəçarpacaq dərəcədə artıracaq və mövcud mühərriklərin nəslini azı bir nəsil yüksəldəcəkdir.
Həmçinin bu gün «Şəhid Hac Qasim Soleymani» ballistik raketi və «Şəhid Əbu Məhdi» kruz raketinin də təqdimatı olubdur.
Sabah, avqustun 21-i, İran İslam Respublikası təqvimində müdafiə sənayesi günü adlandırılıbdır.