Avq 20, 2020 14:58 Asia/Baku
  • İranın müdafiə sahəsindəki səyləri çəkindiricilik strategiyasına əsaslanır

İran prezidenti deyib ki, İranın müdafiə sahəsindəki səyləri çəkindiricilik strategiyasına əsaslanır.

SəhərAzəri xəbər verir, Həsən Ruhani İranın müdafiə nazirliyinin nailiyyətlərinin təqdimatı və istifadəyə verilməsi mərasimində deyib ki, İran İslam Respublikasının müdafiə sahəsindəki bütün səyləri çəkindiricilik və ölkənin qorunması strategiyasına əsaslanır.

İran prezidenti bu gün bu mərasimdə sonra belə deyib: Qonşular əmin olsunlar, İran İslam Respublikasının müdafiə gücü onların xeyrinə olacaq. O, qeyd edib ki, İran heç vaxt, xüsusən İslam İnqilabından sonra müharibəyə başlayan tərəf olmayıbdır.

Ruhani həmçinin «Şəhid Hac Qasem Soleymani» ballistik raketi və «Şəhid Əbu Məhdi» kruz raketinin istehsal xətlərinin açılışı gedişində onların təqdimatına görə, İranın müdafiə nazirliyinə təşəkkür edib.

Ruhani deyib: Çox dəyərli Şəhid Hac Qasem Soleymaninin İran xalqının və bütün regionun boynunda haqqı var və Şəhid Soleymaninin vəfalı silahdaşlarından olan Şəhid Əbu Məhdi də regionda, xüsusən İraqda İŞİD-lə mübarizədə böyük rol oynayıbdır.

İran prezidenti ölkənin müdafiə sənayesi, startap şirkətləri, universitet və alimlərinin tərəqqisini təqdirəlayiq adlandırıb. Vurğulayıb ki, İran ötən altı ildə müdafiə sənayesində dünya üzrə 23-cü yerdən 14-cü yerə yüksəlibdir.

Teqlər