Avq 21, 2020 05:35 Asia/Baku
  • Rəzəvi hərəminin günbəzinin bayrağı əvəz olunub + Video

Müqəddəs Məşhəd şəhərində Rəzəvi hərəminin günbəzinin bayrağı əvəz olunub.

SəhərAzəri xəbər verir, Dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Husəyn(ə)-ın əzadarlıq günlərinin başlanması ilə Məşhəd şəhərində İmam Rza(ə)-ın pak hərəminin günbəzinin yaşıl bayrağı pak zirehin və güldəstələrin örtükləri ilə yanaşı bir mərasimdə əvəz olundu və əza nişanəsi kimi qara bayraq və örtüklə dəyişdirildi.

Bu mərasim hər il məhərrəm ayının və İmam Husəyn(ə) əzadarlığı üzrə xüsusi tədbirlərin başlanmasının elan olunmasının nişanəsi kimi pak Rəzəvi hərəmində keçirilir.

Bu bayraq İmam Rza(ə)-ın şəhadətindən üç gün sonraya, yəni rəbiuləvvəl ayının üçünə, oktyabrın iyirmisinədək nurlu Rəzəvi ziyarətgahınını üzərində dalğalanacaqdır.

Həmçinin Məhərrəm ayı ərəfəsində İmam Husəyn(ə)-ın əzadarlıq bayraqları bütün İranda məscidlərin və mənzillərin qapıları üzərində dalğalanıbdır.

Bu gün, 1442-ci hicri qəməri ili Məhərrəm ayının biridir.

61-ci hicri qəməri ilində Kərbəlada şəhid olan dünya şiələrinin üçüncü imamı- İmam Husəyn(ə) Kərbəla çölündəki misilsiz fədakarlığı ilə bütün dünya xalqlarına azadəlik və izzət dərsi verdi.

İmam Husəyn(ə) Kərbəla hadisəsində açıq şəkildə belə vurğuladı: Mənim məqsədim, İslama qarşı olan hökuməti rüsvay etmək və yaxşı şeyə istiqamətləndirmək, pis şeydən çəkindirmək və zülüm və zalımlıq qarşısında dayanmaqdır.

Həzrət İmam Husəyn(ə) hərəkatının dərsləri bütün xilqət, bəşəriyyət və dünya genişliyində bir coğrafiya və tarixə malikdir və heç vaxt onu məhdudlaşdırmaq olmaz.

 

Teqlər