General Hatəmi: İran-Rusiya əlaqələri qarşılıqlı etimada söykənir
https://azeri.sahartv.ir/news/İran-i366381-general_hatəmi_İran_rusiya_əlaqələri_qarşılıqlı_etimada_söykənir
İran - Rusiya həmkarlıqları region və dünya sülhü və təhlükəsizliyinə müsbət təsir göstərəcək
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 03:50 Asia/Baku
  • General Hatəmi: İran-Rusiya əlaqələri qarşılıqlı etimada söykənir

İran - Rusiya həmkarlıqları region və dünya sülhü və təhlükəsizliyinə müsbət təsir göstərəcək

Səhər Azəri bildirir ki, bunu İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi Moskvada söyləyib.

İranın müdafiə naziri bildirib ki, İran - Rusiya həmkarlıqları regionda sülh və sabitliyin yaradılması çərçivəsində olaraq, etimada söykənir.

Briqada generalı Əmir Hatəmi Moskvada keçirilən altıncı beynəlxalq müdafiə sənayesi sərgisinin kənarında müxbirlərlə müsahibədə vurğulayıb ki, iki ölkənin müxtəlif sahələrdə, o sıradan hərbi sahədəki əməkdaşlıqları həmkarlıqlar üçün olduqca yaxşı bir meyardır. O, deyib ki, bu həmkarlıqlar region və dünya sülhü və təhlükəsizliyinə müsbət təsir göstərəcəkdir.

General Hatəmi həmçinin iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıqlara dair müqaviləyə toxunub. Bildirib ki, bu müqavilə ikitərəfli həmkarlıq üçün çox yaxşı imkanlar yaradıb və təchizatların satın alınması onlardan biridir.

İran İslam Respublikasının müdafiə naziri müsahibəsinin digər bir hissəsində Əbu-Dəbi hökmranlarının sionist rejimlə münasibətləri adiləşdirmək üzrə strateji səhvinə işarə edib. Vurğulayıb ki, əmirliklərin hökmdarları səhvlərə və yayınmalara düçar olublar ki, onların sonuncu halı da sionist rejimin ayağının həssas Fars Körfəzi bölgəsinə açılmasıdır.