İran xalçası və kilimi 57 ölkəyə ixrac edilir
İran xalçası və kilimi 57 ölkəyə ixrac edilir
İran xalçası, kilimi və gəbbəsi ötən dörd ayda 57 ölkəyə ixrac edilib.
Səhər Azəri bildirir ki, bunu İran gömrüyünün sözçüsü deyib.
O, bildirib ki, bu miqdarın təqribən yarısı Əfqanıstan, İraq və Pakistana ixrac edilibdir.
Seyyed Ruhullah Lətifi ötən dörd ayda iyirmi min tondan çox İran xalçası, kilimi və gəbbəsinin ixrac edilidiyini bildirib. Qeyd edib ki, İran dünyada ən iri xalça istehsalçısıdır.
Lətifi bildirib ki, İranın xalça məmulatları Kanada, Almaniya, Yaponiya, İtaliya, Belçika, Çin, Fransa, İngiltərə və Danimarkaya eksport edilir.
Xalça məmulatları ixracatı bazarının inhisar vəziyyətindən rəqabət formasına düşdüyünü qeyd edən İran gömrüyünün sözçüsü vurğulayıb ki, İran xalçası gözəl və sehramiz naxışlarına, şəffaf və təbii boyalarına, həmçinin xırda toxunuşu və davamlı olmasına görə, bütün dünya bazarlarında rəqibsizdir.