Avq 24, 2020 19:44 Asia/Baku
  • Prezidentin iştirakı ilə neft sahəsində üç iri milli layihə istifadəyə verilib

İran prezidenti dövlət həftəsi ilə bir zamanda 4,7 milyard avro dəyərində üç iri milli layihəni istifadəyə verib.

Səhər Azəri bildirir ki, Həsən Ruhani bu gün videoformatda keçirilən bir konfransda qaz dispetçer mərkəzi, altıncı və doqquzuncu ümumölkə qaz ötürücü xətləri, Buşehir neft-kimya komplekstinin birinci bloku və Karun çayının qərbində 500 meqavattlıq kombinə tsiklli elektrik stansiyası, onun ötürmə xətləri və elektrik yarımstansiyasının inkişafı və təkmilləşdirilməsi layihəsini istifadəyə verib.

Altıncı ümumölkə qaz ötürmə boru kəməri Cənubi Pars qaz yatağından ölkənin qərb vilayətlərinə gündəlik surətdə 110 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malikdir.

Bu layihə tamamilə daxili mütəxəssis və istehsalçıların qabiliyyəti və istedadına söykənməklə nəticə veribdir. Uzunluğu təqribən 1200 kilometr olan bu qaz kəməri Cənubi Pars yatağının qazını Buşehr, Xuzestan, Lorestan, İlam və Kermanşah vilayətlərindən keçərək, Kürdüstan vilayətindəki Dehqolan şəhərinə ötürəcək.

9-cü ümumölkə qaz boru kəmərinin gücü, 60 milyon kubmetrdir. Onun mənşəyi Behbahanın qərbindən 32 km qərbdən başlayır və Bazərgan sərhədi ilə Makunun şimalına qədər uzanır.

Bu boru kəmərlərinin inşası, ölkənin soyuq havalı bölgələrini qazla təmin etməkdə stabil olmaqdan əlavə, eksport üstünlüyünə də malik olaraq, bölgədəki ölkələrlə enerji mübadiləsində mühüm rol oynayır.

Prezidentin göstərişi ilə istifadəyə verilən Buşehr neft-kimya kompleksinin birinci mərhələsi də Cənubi Pars emalı zavodları üçün nəzərdə tutulan gündə 9,6 milyon kubmetr etan, metanol, qazın duzdan təmizlənməsi, oksigen, sənaye suyu və xammal istehsalına şamil olur.

Karun çayının qərbində yerləşən 500 meqavattlıq kombinə tsiklli elektrik stansiyası da cənubi və şimali Yaran, cənubi və şimali Azadeqana şamil olan Qərbi Karun yataqlarının elektrik enerjisinin təmin edilməsi məqsədilə gündə 492 meqavat elektrik enerjisi istehsalı gücünə malikdir. Bu layihə üçün 150 kilometr uzunluğunda elektrikötürmə xətti, beş yüksək təzyiqli yarımstansiya və elektrik stansiyasının qaz təzyiqini azaltma stansiyası tikilibdir.

Teqlər