Avq 27, 2020 14:11 Asia/Baku
  • İranda Koronavirusdan sağalanların sayı 316 min nəfəri ötüb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 316 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari  ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə 2,190 yeni koronavirus xəstəsi aşkar edilib, 1063 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 367 min 796 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 117 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 21 min 137 nəfərə çatıbdır.

İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək 316 min 638 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər