Avq 28, 2020 21:01 Asia/Baku
  • İmam Hüseyn(ə) Tasuası gecəsində İslami İran matəm içindədir

İslami İran İmam Hüseyn(ə) Tasuası gecəsində başdan-başa qaraya bürünərək, kədər və matəmə qərq olubdur.

SəhərAzəri xəbər verir, Sabah, Muhərrəmulhəram ayının doqquzu, İmam Hüseyn(ə) Tasuasıdır.

Bütün İslami İranda Hüseyn əzadarları İmam Hüseyn(ə) Tasuası və Aşurası günlərində səhiyyə protokollarına riayət edib, əzadarlıq mərasimləri keçirərək, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın, həmçinin o pak imamın qardaşı Həzrət Əbulfəzl(ə)-ın və sadiq köməkçilərinin şəhadətlərinin ildönümü gününü qeyd edirlər.

Dünya şiələrinin dördüncü imamı, İmam Səccad(ə) Həzrət Əbulfəzl Abbas(ə)-ın dərəcəsinin vəsfində buyurublar: Əmim Abbas, həqiqətən şücaət və fədakarlıq göstərərək, qardaşının yolunda canından keçdi, ta o həddə qədər ki, qollarını itirdi.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Hüseyn(ə) Tasuasının gəlib çatması münasibətilə bütün dünya azadələrinə dərin hüznlə başsağlığı verir.

Teqlər