Avq 29, 2020 15:51 Asia/Baku
  • İranda terrorizmlə milli mübarizə günü

Bu gün, şəhrivərin səkkizi, 2020-ci il avqustun 29-u, İranın ozamankı prezidenti və baş nazirinin şəhadətlərinin ildönümü və İranda terrorizmlə milli mübarizə günüdür.

Səhər Azəri bildirir ki, 1360-cı günəş ili şəhrivərin səkkizi, 1981-ci il avqustun 30-u, İranın ozamankı prezidenti Mohəmməd Əli Rəcayinin və baş naziri Mohəmməd Cəvad Bahonərin/ nazirlər kabinetiin bir qrup üzvü ilə baş nazirlik ofisinin partlayışında məzlumcasına şəhadətlərini xatırladır.

Bu partlayış terrorçu münafiqlər qaragüruhu tərəfindən həyata keçirildi.

İran İslam İnqilabının 1979-cu ildə zəfər çalmasından sonra İran İslam Respublikasının vətəndaşları və məsul şəxslərindən on yeddi min nəfərdən çoxu münafiqlər qaragüruhu və digər terrorçu qaragüruhlar tərəfindən terror edilibdir.

Münafiqlər qaragüruhunun üzvləri İranda terror hərəkətlərinə başladıqdan sonra öncə Parisə qaçdı, sonra isə iraqa getdilər.

1991 və 1992-ci illərdə İraqın məhv edilmiş diktatoru Səddam, münafiqlər qruplaşmasının ünsürlərindən, kürdlərin yatırılmalarında istifadə edərək, İraq kürdlərinin soyqırımı əməliyyatını işləyib hazırladı və bir neçə min qadın və uşaq qətli-am edildi.

Amerikanın İraqa girməsilə münafiqlər qaragüruhu Amerikanın himayə çətiri altına keçərək, bir müddət Liberti düşərgəsində, sonra isə Amerika və İngiltərə lobbisi və onların vədləri ilə Albaniyaya yollandı ki, bu ölkədə azad şəkildə fəaliyyət göstərmiş olsun.

Bu tədbir elə bir halda görüldü ki, terrorçu münafiqlər qaragüruhunun əsas himayədarlarından olan Amerika, İngiltərə və Fransanın özləri/ öz torpaqlarında onları rəsmən qəbul etməyə hazır olmadılar.

Bəzi Qərb ölkələrinin bütün təxribatçı hərəkətlərinə rəğmən, İran İslam Respublikası dünyada terrorizmlə mübarizə meydanında mübahisəsiz bir gücdür. İran hazırda terrorizmlə mübarizədə öz qonşularına dəstək verməkdən əlavə, terrorizmlə mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq orqan və təşkilatlarla sədaqət və sayıqcasına əməkdaşlıq edir.

Teqlər